"Bu hadisə Azərbaycanın demokratik inkişaf baxımından Ermənistandan qat-qat üstün olduğunu göstərir". Bu sözləri SİA-ya millət vəkili Musa Qasımlı ermənistanlı müxalifətçinin Azərbaycana üz tutmasının əsas səbəblərini açıqlayarkən deyib.
O bildirib ki, ermənistanlı müxalifətçinin Azərbaycana sığınmasını bir neçə baxımdan qiymətləndirmək olar: "Bu fakt Ermənistanın demokratiyadan çox uzaq olduğunu, yaşamaq və fəaliyyət göstərmək üçün elementar şəraitin olmadığını göstərir. Ölkədə vəziyyət o qədər acınacaqlıdır ki, çarəsiz qalan müxalifətçi bir şəxs Ermənistanın düşmən hesab etdiyi ölkəyə keçir".
Musa Qasımlı qeyd edib ki, bu hadisə Azərbaycanın bütün sahələrdə, o cümlədən demokratik inkişaf baxımından Ermənistandan qat-qat üstün olduğunu göstərir və eyni zamanda Azərbaycanın mövqelərinin gücləndiyinə işarə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB