Hikmət Babaoğlu: “Erməni müxalifətçi çarəsizlikdən ölkəmizə gəlib”

Hikmət Babaoğlu: “Erməni müxalifətçi çarəsizlikdən ölkəmizə gəlib”

"Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyanın Azərbaycan keçməsi özlüyündə Ermənistandakı daxili vəziyyətin həddindən artıq gərgin, anti-demokratik və kəskin qarşıdurma şəraitində olmasından xəbər verir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.

Baş redaktorun sözlərinə görə, milli-etnik kimliyindən və sosial statusundan asılı olmayaraq hər hansı bir şəxsin Azərbaycana pənah gətirməsi, sığınması ölkəmizin böyüklüyü deməkdir: "Azərbaycandakı demokratik mühit, iqtisadi vəziyyət ölkəmizi hamı üçün cəlbedici bir məkana çevirib. Erməni müxalifət liderinin Azərbaycan xalqının humanizminə sığınması da hesab edirəm ki, onun çarəsizliyindən və Ermənistandakı dözülməz vəziyyətdən yaranan məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə