"Rusiya Əsədi müdafiə etməyə məcburdur". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Qərb və Rusiyanın maraqlarının Suriyada kəsişməsi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu proses bölgədəki vəziyyəti daha da gərginləşdirəcək: "Rusiya bölgəyə müdaxilə etməklə varlığını Qərbə göstərmək istəyir. Məqsəd isə Rusiyanın bir güc olaraq öz maraqlarını Yaxın Şərqdə qorumasından ibarətdir.
Rusiya öz dövlət maraqlarından çıxış edərək Suriya münaqişəsi başlayandan indiyədək hər zaman Əsəd rejimini müdafiə edib. Rusiyanın kiçik hərbi kontingentlə belə Suriyada olması, Qərbə maraqlarından əl çəkmək niyyətində olmadığını göstərir. Əgər diqqət yetirsək görərik ki, oradakı hərbi kontingent azsaylıdır və sırf formal xarakter daşıyır".
Politoloq bildirib ki, Rusiya Suriyanın şimali-qərbində hərbi hava bazası quraşdırır və həmin bazanın mövcudluğu Rusiya üçün prinsipial əhəmiyyət daşıyır: "Əslində Əsədin bu gün iqtidarda qalmasının əsas səbəbkarlarından biri də Rusiyadır.
Rusiya heç vaxt arzulamaz ki, qərbpərəst qüvvələr Suriyada iqtidara gəlsin. Bu baxımdan Moskva Əsədi müdafiə etməyə məcburdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB