Politoloq: "Seçkidən öncə qərəzli fikir səsləndirmək absurddur" AÇIQLAMA
"Bəzi xarici təşkilatlar noyabr ayının 1-də keçiriləcək parlament seçkilərinə şübhə ilə yanaşdıqlarını söyləyirlər. Hələ bir ay yarım vaxt qalan seçkilərə öncədən bu cür qərəzli fikir səsləndirmələri absurddur". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.
Politoloq bildirib ki, bu cür informasiyalar Azərbaycanla Qərb ölkələri arasında münaqişənin daha da dərinləşdirmək istəyən siyasi dairələrin fikridir: "Sözsüz ki, bəzi dairələr var ki, Azərbaycan Avropa münasibətlərinin korlanmasında maraqlıdırlar. Onlar istəyirlər ki, bu yolla Dağlıq Qarabağ probleminin həllinə mane oldunlar. Hesab edirəm ki, bu cür təşkilatların belə bir fikir söyləməyə haqları yoxdur. Düşünürəm ki, dövlət seçki ilə bağlı şəffaflığı daha da dərinləşdirməlidir. Seçkidə iştirak edənlər üçün normal şərait yaradılmalı, onların seçki təbliğatının qurulmasına heç bir əngəl olmamalıdır. Bütün bunlar da ciddi surətdə kütləvi informasiya vasitələrində təbliğ olunmalıdır ki, bu cür sözlər yayan insanlar da Azərbaycanda həqiqətən seçkilərin necə şəffaf keçdiyinin şahidi olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB