Fəttah Heydərov: "Qətnamə cızma-qaradan başqa bir şey deyil” AÇIQLAMA

Fəttah Heydərov: "Qətnamə cızma-qaradan başqa bir şey deyil” AÇIQLAMA

"Azərbaycanının müstəqilliyinə, dövlətimizin inkişafına, xalqımızın iradəsinə qarşı çıxan, mənbəyi, mənşəyi bilinməyən qurum tərəfindən qəbul olunmuş qərəzli qətnamə anti-bəşəri xarakter daşıyan cızma-qaradan başqa bir şey deyil". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Fəttah Heydərov Milli Məclisin növbədənkənar plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Avropa Parlamentinin Azərbaycan haqda qəbul etdiyi qətnamə bir müəllifin əlindən çıxan, gəzdirilərək ayrı-ayrı deputatlara qol çəkdirilən kağız parçasıdır: "Orada qeyd olunanların heç biri reallıq deyil. Ölkəmizə gələn, bura ilə tanış olan, əməkdaşlıq edənlərin hamısı etiraf edir ki, Azərbaycan regionda nümunəvi dövlətdir. İnsanlar siyasi böhranlar, qanlı hadisələrdən uzaq olmaq üçün Azərbaycana gəlirlər. Azərbaycanın apardığı siyasət nümunəvi siyasətdir. Bizi istəməyən qüvvələr erməni lobbisinin təsiri altında Azərbaycana qarşı qəzər nümayiş etdirirlər və belə bir sənədin ortaya çıxmasına səbəb olurlar. Bu, bizi çox da narahat etməli deyil. Çünki Azərbaycan Prezidenti düzgün siyasət aparır və bütün dünyada tanınmış siyasətçidir. Biz qətiyyətlə bu cür sənədlərə cavab verməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə