Bəxtiyar Əliyev: "Hamımız səfərbər olmalıyıq"

Bəxtiyar Əliyev: "Hamımız səfərbər olmalıyıq"

"Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə yersizdir və heç bir hüquqa əsaslanmır. Bu ikiüzlü siyasət onu göstərir ki, AP-nin qərarı riyakarlıqdır". SİA-nın məlumatına görə, bunu bu gün millət vəkili Bəxtiyar Əliyev Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, niyə onlar Ermənistanda gedən proseslərə heç bir reaksiya vermirlər: "Onların bu il ölkəmizdə keçiriləcək parlament seçkilərinə öz nümayəndələrini göndərməməsi isə onların əsl xislətlərini bir daha ortaya qoyur. Bu heç də Avropaya başucalığı gətirməyəcək. Bizə qarşı savaş açılıb. Hessb edirəm ki, mətbuatımız bu istiqamətdə analitik yazılar yazmalı və öz fikirlərini ortaya qoymalıdır. Bu gün biz hamımız səfərbər olmalıyıq. Biz öz haqq işimizi davam etdirməli və mübarizəmizi aparmalıyıq. Bu gün hər kəs Azərbaycan dövlətinin və Prezidentinin ətrafında birləşib".

Bütün xəbərlər Facebook səhifəmizdə