“Əli Kərimli hansı əsasa görə baykot istəyir?" MÜNASİBƏT

“Əli Kərimli hansı əsasa görə baykot istəyir?" MÜNASİBƏT

"Ümumiyyətlə siyasət aləmində boykot deyilən bir hərəkat var. Lakin baykot üçün hər hansı bir əsas olmalıdır". Bunu SİA-ya Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov Əli Kərimlinin bu il ölkəmizdə keçiriləcək parlament seçkilərini boykot etməsi məsələsinə münasibət bildirərkən deyib.

AHB sədrinin sözlərinə görə, beynəlxalq aləmdə dəfələrlə bu addımı atmış siyasi qüvvələr də olub: "Bəzən nəticələr də əldə olunub. O qüvvələr nəticə əldə edə bilir ki, ilk növbədə xalq arasında kifayət qədər elektoratı, qüvvəsi olsun. Beləcə xalq onun sözünü desin. İkincisi, onun hansısa məsələni boykot etməsinin ciddi əsasları olsun. Bəs Əli Kərimli hansı əsasa görə Azərbaycanda keçiriləcək parlament seçkilərini boykot etmək istəyir? Bu gün hələ seçkilərə hazırlıq və namizədlərin irəli sürülməsi mərhələsidir. Axı sən hansı anti-demokratik, qeyri-qanuni, qeyri-hüquqi addımın atıldığını şahidi olub görmüsən ki, boykot haqqında da qərar verirsən? Axı sənin heç bir elektoratın yoxdur. O qüvvə boykot qərarı çıxarar ki, onun əsası, cəmiyyət içərisində ən azından 50 faizdən artıq seçicisi olsun. Bəs, varmı? Təbii heç 0.5 faiz də yoxdur".

T. Novruzov əlavə edib ki, onlar bu addımları gündəmdə qalmaq, xaricdə olan himayədarlarından vəsait almaq üçün atırlar: "Bu gün hamıya bəllidir ki, Avroapda müəyyən qüvvələr, hətta iş o yerə çatıb ki, Avropa İttifaqında müəyyən təsirlərə malik olan qüvvələr Avropa Parlamentində qərarın qəbul olunmasına nail olurlar. Bu da həmin Avropadır ki, Ukraynada yaranmış vəziyyətin, Gürcüstanın torpaqlarının tamamilə hüquqi, de-yuri əlindən çıxarılmasının bilavasitə səbəbkarıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə