"AXCP-nin Əli Kərimli qanadının qurultayla bağlı verdiyi qərarın bizimlə əlaqəsi ola bilər. Amma, biz heç bir halda işimizi və faəliyyətimizi onların gündəliyinə uyğun qurmuruq". Bu fikirləri SİA-ya AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev AXCP-nin tələsik qurultay keçirməsinə münasibət bildirərkən deyib.
Razi Nurullayev qurultayla bağlı ürəklərininin rahat olduğunu qeyd edərək bildirib ki, Əli Kərimlinin dəstəsi çox narahatdır: "Biz mübarizəmizdə də, sözümüzdə də səmimiyik. Onların sanki torpaq ayaqları altından qaçır. Onlar düşünür ki, öncə qurultay keçirməklə legitimlik qazanacaqlar. Başa düşmək istəmirlər ki, dövr və zaman dəyişib. Artıq köhnə simaları, o cümlədən Əli Kərimlini lider kimi görmək istəyənlər çox azalıb. Bəlkə də heç qalmayıb. Siyasi məkan artıq gənclərə ötürülməldir. Uğursuz siyasətçilər özlərində güc tapıb kənara çəkilməlidir".
Razi Nurullayev həmçinin onu da qeyd edib ki, qurultaydan sonra Əli kərimlinin AXCP qanadının Ədliyyə Nazirliyinə müraciət etməsində problem görmürəm: "Biz də müraciət edəcəyik. Araşdrmalardan sonra qərar veriləcək. Biz haqlı olduğumuza və qələbəmizə inanırıq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB