Baş redaktor: “5-ci kolona milyonlarla pul ayrılıb...” AÇIQLAMA
"Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə dövlət başçısı bildirdi ki, xalq tərəfindən dəstəklənən və öz xalqını dəstəkləyən liderlər sevilmir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Avropadakı bəzi qüvvələrin müəyyən beynəlxalq QHT-lər və "5-ci kolon" vasitəsilə Azərbaycan kimi sabit və inkişaf edən ölkələri xaosun girdabına sürükləmək cəhdlərinə münasibət bildirərkən deyib.
Baş redaktorun sözlərinə görə, xalq tərəfindən dəstəklənən və öz xalqını dəstəkləyən liderlər ona görə sevilmir ki, bu liderlər xalqın, dövlətin mənafeyini qoruyur: "Belə olan halda hansısa ölkədə milli maraqlar qorunanda Avropa imperalizminin istismarçı siyasəti onların istədiyi kimi həyata keçirilmir. Milli varidatımızı (istər intellektual, istərsə də maddi) talan edə bilmirlər. Yaxın Şərqdə baş verən proseslərin hər birimiz şahidiyik. Belə ki, Yaxın Şərqdə milli dövləti çökdürdülər və artıq nə xalq, nə də onun iradəsi var. Sadəcə orada xaotik bir kütlə var. Bu, xalq deyil. Ölkə başçısı da çox haqlı olaraq qeyd etdi ki, Azərbaycanda 2011-2012-ci illərdə də buna cəhd göstərdilər amma nail ola bilmədilər. 2013-cü ildən sonra onlar Azərbaycana qarşı "Maydan hərəkatı"nı həyata keçirməyə başladılar. Bu proses indidə davam edir. Ona görə də hesab edirəm ki, cənab Prezidentin bu fikirləri ictimai maariflənmə baxımından olduqca əhəmiyyətlidir".
H.Babaoğlu əlavə edib ki, hər bir azərbaycanlı Prezidentin müşavirədəki nitqini, çıxışını dəqiq oxumalıdır: "Beləcə oradan özü üçün pay çıxarmalıdır. Bax, burada 5-ci kolon məsələsi aktuallaşır. 5-ci kolona milyonlarla pul ayrılıb ki, Azərbaycanda xaos yaratsınlar. Yalançı müxalifət donuna bürünmüş bu 5-ci kolon bəzən görürsən ki, ictimai rəylə manipulyasiya edib müxalifət kimi görünür. Hesab edirəm ki, bu məsələ ciddi bir şəkildə mühazirə formasında hər bir auditoriyada tədris olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB