Deputatımız AŞPA iclasında iştirak edəcək

Deputatımız AŞPA iclasında iştirak edəcək

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 10-da Parisə yola düşəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirdə Dini azadlıq və demokratik cəmiyyətdə bərabər yaşama, Bərabərlik və ailə cavabdehliyi, İnsan hüquqları və etik problemlər, Ümumxalq sağlamlığı ilə bağlı olan beynəlxalq problemlərin həlli, Dərman sənayesinin maraqları və digər mövzularda müzakirələr aparılacaq.

Səfər sentyabrın 12-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə