“AXCP partiya kimi səciyyələndiriləcək qruplaşma deyil” AÇIQLAMA
"Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) əslində partiya kimi səciyyələndiriləcək qruplaşma deyil. Burada sadəcə olaraq bir neçə fərdlərin və yaxud kiçik marginal qrupların bir-biri ilə çəkişməsindən söhbət gedir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Razi Nurullayevlə Əli Kərimli arasındakı konfiliktlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın siyasi sisteminə xas olmayan bu qruplaşmaları partiya adlandırmaq bir qədər çətindir: "Ancaq hər halda bu proseslər baş verir və müxtəlif çəkişmələr mövcuddur. Bəs gəlin görək bu nəyin nəticəsidir? Bu onun nəticəsidir ki, Əli Kərimlinin rəhbərlik etdiyi radikal qruplaşma müasir Azərbaycan siyasi sisteminin tələblərini ödəyə bilmədi. Beləcə günün siyasi tələbləri ilə ayaqlaşa bilmədi. Onlar əsas etibarilə xaricdən maliyyələşdiyinə və xarici sifarişləri yerinə yetirdiyinə görə tamamən öz daxili qrupları arasında da etimaddan düşdü. Ona görə də biz hazırda bu partiyada baş verən hadisələri müşahidə edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB