Qabil Hüseynli: “Ermənistan hökuməti saxtakarlığı seçir” AÇIQLAMA
"Ermənistanın müdafiə naziri Seyran Ohanyanın ordudakı itkilər barədə informasiyaların məxfi elan edilməsinə dair gizli əmr imzalaması öz xalqını aldatması deməkdir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.
Politoloq bildirib ki, son günlər Sarkisyanın rejimi üçün təhlükə yaranıb və müxalifətin mitinqləri ilə yanaşı orduda da bir-birinin ardınca böyük itkilər verməsi hakimiyyətin dəyişiləcəyi barədə ciddi rəylər yaradır: "Ermənistanda ictimai rəy kifayət qədər güclüdür və Əsgər Anaları Təşkilatı mövcuddur. Onlar Müdafiə Nazirliyindən və Ermənistan prezidenti Serj Sarkisyandan ciddi hesabat tələb edirlər. Son günlər Sarkisyanın rejimi üçün təhlükə yaranıb və müxalifətin mitinqləri ilə yanaşı orduda da bir-birinin ardınca böyük itkilər verməsi hakimiyyətin dəyişiləcəyi barədə ciddi rəylər yaradır. Onlar itkiləri cəmiyyətə açmaqla insanları inqilabi əhval-ruhiyyəyə sövq etmiş olurlar. Ona görə də Ermənistan hökuməti saxtakarlığı seçir. Həlak olanların sayını ya heç demir, ya da gizlədirlər. Belə ki, hökumət həlak olanların valideynlərini bu barədə cəmiyyətə hər hansı bir söz deməməkləri haqqında ciddi tapşırıqlar verir və müəyyən xərcləri öz üzərilərinə götürürlər. Son zamanlar keçirilən mitinqlərdə Əsgər Anaları Təşkilatı fəal iştirak edir. Onların yeganə şüarları "Oğullarımızı geri qaytarın, Qarabağ bizə lazım deyil"dən ibarətdir. Bununla da onlar hökumətə etirazlarını bildirirlər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, hökumətlə hərbi xidmətə çağırılmış insanların valideynləri arasında dərin bir uçurum yaranmaqdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB