AVCİYA seçkilərlə bağlı apardığı monitorinqin nəticələrini açıqladı
Bu gün Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Milli Məclisə seçkilərin uzunmüddətli müşahidəsinə dair aralıq hesabatını təqdim edib. SİA-nın xəbərinə görə, 2015-ci ilin may ayının 1-dən, sentyabrın 1-dək olan dövrü əhatə edən hesabatı AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı təqdim edib.
Onun sözlərinə görə, hesabat seçkiqabağı siyasi mühit, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, Milli Məclisdə seçkilərlə bağlı aparılan sosioloji sorğuların və KİV-in monitorinqinin nəticələri, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, yerli və beynəlxalq müşahidəçilər, seçkilərin monitorinqi bölmələrini əhatə edir: "Assosiasiyanın apardığı monitorinqin nəticəsinə əsasən, parlament seçkiləri ərəfəsində ölkədəki əlverişli ictimai-siyasi mühit, siyasi təşkilatlar arasında keçirilən dialoq, vətəndaş cəmiyyəti institutlarının əvvəlki illərdən fərqli olaraq daha da inkişaf etməsi, söz və mətbuat azadlığı sahəsində vəziyyətin beynəlxalq standartlara uyğun olması şəffaf, demokratik seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır. Bu hesabat seçkilərə hazırlıq ərəfəsi ilə bağlı verilib. Yekun hesabat isə dekabrın 10-da AVCİYA tərəfindən elan olunacaq".
Bir sıra rayon təşkilatlarında da monitorinqlərin keçirildiyini deyən M. Zülfüqarlı bunların davamlı olacağını qeyd edib.
AVCİYA-nın Seçki Qərargahının rəhbəri əlavə edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurasının ofisləri ilə əlaqələr qurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB