Millət vəkili ATƏT-in fəaliyyətini tənqid etdi

Millət vəkili ATƏT-in fəaliyyətini tənqid etdi

"ATƏT-in Minsk qrupu yaranandan bugünə qədər beynəlxalq hüquq normalarının əməl olunması ilə bağlı heç bir addım atmayıb". Bu sözləri SİA-ya millət vəkili Çingiz Qənizadə ATƏT-in Minsk qrupunun bölgədəki fəaliyyətinə münasibət bildirərkən deyib.

Çingiz Qənizadə deyib ki, ATƏT-in Minsk qrupunun nümayəndələrinin verdiyi bəyanatlar ilk vaxtlarda inandırıcı olsa da. hazırda sadəcə olaraq söz yığınından ibarətdir: "Beynəlxalq hüquq və prinsip normaları, dövlətlərin ərazi bütövlüyü anlayışı var və bu anlayışları qorumaq lazımdır. Əgər ATƏT bu normaları qəbul edirsə, o zaman bunun üçün müvafiq addımlar atmalıdır. Lakin onlar bu məsələ ilə bağlı heç bir addım atmaq istəmirlər.

ATƏT gərginlik deyərək nəyi nəzərdə tutur? Mülki əhalinin atəşə tutulmasını, yoxsa hər gün cəbhə bölgəsində Ermənistan tərəfdən atəşkəsin pozulmasını? Hər zaman olduğu Minsk qrupu yenə də sətiraltı və əsas məramdan, hədəfdən uzaq boş və mənasız bəyanatlarla çıxış etməyə çalışır. Təəssüf olsun ki, ATƏT-in Minsk qrupu yaranandan bu günə qədər beynəlxalq hüquq normalarına əməl olunması ilə bağlı heç bir səmərəli addım atmayıb. Həmişə Ermənistan tərəfini və beynəlxalq hüquq normalarına əməl etməyən təşkilatları müdafiə edib. ATƏT-in Minsk qrupu Ermənistana dur deyə bilərdi və ona qarşı hər hansı bir addım ata bilərdi. Lakin biz bunun heç vaxt şahidi olmadıq".

Bütün xəbərlər Facebook səhifəmizdə