"Qarabağ məsələsi ATƏT-də gündəmə gətirilə bilər" MÜNASİBƏT

"Qarabağ məsələsi ATƏT-də gündəmə gətirilə bilər" MÜNASİBƏT

" ATƏT-in Baş Assambleyasının növbəti iclasında Dağlıq Qarabağ münaqişəsi bir daha gündəmə gətirilə bilər". Bu sözləri SİA-ya millət vəkili Fəzail İbrahimli deyib.

O bildirib ki, bütün bu məsələlər üzrə dövlətin öz strateji siyasi və xarici siyasəti var: "Bu məsələlər üzrə kifayət qədər sərrast və böyük düşüncə sahibi şəxslər var. Hesab edirəm ki, bu məsələ kifayət qədər ölçülüb-biçilib. Bu məsələlərlə məşğul olan Azərbaycan Respublikasının Prezidenti, nazirlikləri və xarici siyasət idarəsi var. Azərbaycanın bu problemləri zərrə qədər də unutmayıb. Ona görə də, bəli, bu məsələ bir daha gündəmə gətirilə bilər. Sadəcə olaraq dünya haqq səsinə kardır. Buna görə problemimizə dünya ictimaiyyəti tərəfindən qulaqardı edilir. Əslində ikili standart deyilən bir ifadə var. Bu ifadə müəyyən dərəcədə elmidir. Əslində bu karlıq və korluq hesab olunur".

Millət vəkili bildirib ki, Azərbaycan Dağlıq Qarabağla bağlı qətiyyətli mövqeyə sahibdir: "Cənab Prezident İlham Əliyev keçən il Avropa Şurasının Parlament Assambleyasında çıxış edərkən üzünü şura üzvlərinə tutaraq çıxış etdi. Bildirdi ki, bəlkə də Avropa deputatları bunu bilmir, lakin Ermənistandan olan deputatlar bunu çox yaxşı bilir ki, bu gün fəaliyyət göstərən Ermənistan adlı dövlət Azərbaycan torpaqlarında yaranıb. Və Azərbaycan torpağında ikinci bir erməni dövlətinin yaranmasına rəva bilməyəcək. Bu mümkün deyil. Bu bizim xarici siyasi kursun ana xəttini təşkil edir. Hansı təşkilat olursa olsun Azərbaycan öz haqq səsini irəli sürməkdə davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə