MSK-da “Azadlıq-2015” seçki blokunun qeydə alınması məsələsinə baxılıb
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq iclasda bu il keçiriləcək Milli Məclisə seçkilərdə siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması səsverməyə çıxarılıb.
Çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qeyd edib ki, siyasi partiyalar artıq öz namizədlərini müəyyənləşdiriblər: "Mövqeyimiz ondan ibarətdir ki, müraciətlərə baxılması qanunvericilik çərçivəsində olmalıdır. Bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd olmaq üçün 48 seçki dairəsi üzrə 81 nəfər namizədlik üçün müraciət edib".
Daha sonra siyasi partiyaların səlahiyyətli nümayəndələrin qeydə alınması üçün müraciətlərə baxılıb. Yeni Azərbaycan Partiyasından (YAP) 2, Ümid Partiyasından 22, Milli Dirçəliş Hərəkatı Partiyasından 18, Müsavat Partiyasından 64, Ana Vətən Partiyasından (AVP) 11, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 17, Azərbaycan Sosial Demokrat Partiyasından (ASDP) 8 səlahiyyətli nümayəndə qeydə alınıb. Bundan başqa Müsavat Partiyasının maliyyə məsələləri üzrə 4 səlahiyyətli nümayəndəsi də qeydə alınıb. Daha sonra seçkilərlə bağlı "Azadlıq-2015" seçki blokunun qeydə alınması məsələsinə baxılıb, qurumun MSK-ya müraciəti müzakirə edilib və blok qeydə alınıb. Həmçinin blokun emblemi təsdiq edilib. Azadlıq-2015" seçki blokunda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Bütöv Azərbaycan Partiyası (BAP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Azadlıq Partiyası, Aydınlar Partiyası təmsil olunur.
Sonda cari məsələlər müzakirəyə çıxarılıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB