Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidməti Aparatında Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru Uilyam Svinqi qəbul edib DSX-nın mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, General-polkovnik Elçin Quliyev Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, əməliyyat şəraiti və mövcud təhdidlər barədə məlumat verib.
Azərbaycan Respublikasının sərhəd mühafizəsinin gücləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin texniki imkanlarının yaxşılaşdırılması, Dövlət Sərhəd Xidmətinin təlim-tədris imkanlarının təkmilləşdirilməsində Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıqda həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd edilib.
Görüşdə dünyada və regionda baş verən hadisələrin miqrasiya proseslərinə və sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar və cavab tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb.
BMqT-nin Baş Direktoru Azərbaycan Respublikasının təhlükəsizlik sistemində Dövlət Sərhəd Xidmətinin önəmli yeri və rolu, ölkə sərhədlərinin etibarlı mühafizəsi üzrə həyata keçirilən tədbirləri, o cümlədən cari ilin iyun ayında Bakıda keçirilmiş I Avropa Oyunları zamanı DSX-nın fəaliyyətini yüksək qiymətləndirmiş, miqrasiya məsələləri üzrə cavabdeh qurumlarla birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Tərəflər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələrin vəziyyətini yüksək qiymətləndirmiş və birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB