Rusiyalı deputat: "Oxşar problemləri həll edə bilərik" MÜNASİBƏT

Rusiyalı deputat: "Oxşar problemləri həll edə bilərik" MÜNASİBƏT

"Mən ilk dəfədir ki, Bakıya səfər edirəm. Şəhər məni çox valeh etdi. İnanıram ki, İCAPP-ın Qadınlar Qolunun məhz Azərbaycanda keçirilməsi hər birimiz üçün faydalı olacaq". SİA-nın məlumatına görə, bu fikirləri Rusiya Dövlət Dumasının deputatı, Ədalətli Rusiya Partiyasının fraksiya üzvü Olqa Krasilnikova deyib.

Olqa Krasilnikova bildirib ki, qadınlar dünya əhalisinin böyük bir hissəsini təşkil edir: "Ona görə də hesab edirəm ki, qadınlarla bağlı bütün məsələlərdə aktiv iştirak etməliyik. Bəzi ölkələrdə qadınlar cəmiyyət həyatında qənaətbəxş səviyyədə təmsil olunmurlar. İstənilən ölkənin təcrübəsinə baxanda qadınlar daha çox sosial və humanitar sahələrdə çalışırlar. Amma onların siyasi fəaliyyətləri üçün də böyük potensial var. Bu iclasda qeyd etdiyim məsələlərə dair faydalı fikir mübadiləsi aparılır. Mənim də əsas vəzifəm təşkilata üzv ölkələrin qadınları ilə sıx əlaqələr yaratmaqdır. Çünki Rusiyada mövcud olan problemlər həmin ölkələrdə də var. Əgər problemlər oxşardısa, oxşar həll variantları da axtarıb tapa bilərik. Bu baxımdan düşünürəm ki, bugünkü tədbirdən müsbət nəticələr əldə olunacaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə