Fransa xarici işlər naziri Laurent Fabiusun Macarıstanın immiqrantlara qarşı inşa etmək istədiyi divarla əlaqədar "Heyvanlara belə edilməz" ifadəsi Macarıstan rəhbərliyinin reaksiyasına səbəb olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Fransa xarici işlər naziri Fabius, Macarıstanın köçkünlərin qeyri-qanuni yollardan girişlərinə maneə olmaq üçün inşa etməyə hazırlandığı divarla əlaqədar "Fransız Europe 1" radiosuna açıqlama verib. Divarın inşası ilə Avropa dəyərlərinin üst-üstə düşmədiyini ifadə edən Fabius, Macarıstanın Avropa içərisində yerləşdiyini və ortaq dəyərlərə hörmət etməsinin lazım olduğunu vurğulayıb. Fabius, immiqrant axınına qarşı Macarıstan tərəfindən alınan tədbirlərin olduqca sərt olduğunu ifadə edərək, "heyvanlar üçün belə divarlar inşa etmək qəbul edilən deyil" deyib. Fransız nazirin açıqlamasına Macarıstandan qısa müddətdə reaksiya gəlib. Belə ki, Macarıstan xəbər agentliyinə (MTI) müsahibə verən Macarıstan xarici işlər naziri Peter Szijarto, Fabiusun açıqlaması qarşısında "şok olduğunu" və Fransanın Budapeştdəki səfirliyindən bir diplomatın bu gün Xarici İşlər Nazirliyinə çağırıldığını ifadə edib.
Qeyd edək ki, Macarıstan dövləti Serbiya sərhədindən gələn immiqrantların ölkəyə girişinə maneə olmaq üçün 175 kilometr uzunluğunda və 4 metr yüksəkliyində divar inşa edəcəyini bildirmişdi. Şengen bölgəsinin şərqində yerləşən Macarıstan, Avropadakı digər ölkələrə keçmək istəyən immiqrantlar üçün körpü rolunu oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB