Millət vəkilindən böhtan xarakterli informasiya yayanlara SƏRT MÜNASİBƏT
"Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, siyasəti haqqında böhtan xarakterli yalan informasiyalar yayırlar. Bütün bunlara xarici qüvvələrin hazırladığı qərəzli təbliğat olduğunu demək olar". Bu sözləri SİA-ya millət vəkili Məlahət İbrahimqızı "Meydan TV"nin əsasız xəbərlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, xaricdə olan bir qrup ermənipərəst qüvvələr Azərbaycanda olan üzdən iraq vətəndaşlarımızın əli ilə ölkəmizlə bağlı yalan informasiyalar yayırlar: "Onların əsas məqsədləri vətəndaşlarımız arasında narahatlıq yaratmaq və Azərbaycanın imicini korlamaqdan ibarətdir. Belə ki, ölkəmizin inkişafını görməzlikdən gəlib, öz mətbuatlarında müəyyən qarayaxma kompaniyaları aparırlar. Hesab edirəm ki, onlar nə etsələr də dövlətçiliyimizə, xalqımıza təsir edə bilməyəcəklər. Onlar hər zaman olublar. Təəssüf ki, xarici qüvvələr həmin kompaniyaları bizim ölkəmizin vətəndaşlarının əli ilə edirlər. Onlara muzdu demək daha doğru olar. Çünki heç bir Azərbaycan vətəndaşı bu cür mənəviyyatsızlığa yol verməz. Bu gün dünyada heç də xoş olmayan hadisələr yaşanır. Artıq insanlar hər şeyi gözəl anlayırlar. Bilirlər ki, demokratiya, insan hüquqları sözləri xarici qüvvələrin boş bəhanələridir. Sadəcə olaraq bəzi qüvvələr öz maraqlarını gerçəkləşdirməyə çalışırlar. Belə ki, hansı ölkənin inkişafı onların gözlərini qamaşdırırsa, həmin ölkə ilə bağlı əks kompaniyalar keçirirlər. Bu gün Azərbaycan güclü dövlətdir və onun qətiyyətli Prezidenti var. Cənab Prezident İlham Əliyevin bir siyasəti var o da Azərbaycanın milli, dövlətçilik marağını müdafiə etməkdən ibarətdir. Heç kim və heç bir qüvvə Prezidentimizi öz qətiyyətindən döndərə bilməz. Ona görə də biz sayca az olan muzdlara qarşı narahat olmamalıyıq. Çünki xalqımız Cənab İlham Əliyevin arxasında dayanıb. Xarici qüvvələr bizə böyük qardaş kimi diktə etmək istəyirlər ki, biz ikinci sinif xalqıq. Bu tamamilə yanlış bir fikir və onların səhv siyasətidir. Bizim ölkəmiz də, xalqımız da birinci dərəcəli dövlətdir. Bir sözlə hər bir azərbaycanlı bu cür qüvvələrə qarşı birgə mübarizə aparmalı, iğalçının, işağlçıya məruz qalanan kim olduğunu dünayaya çatdırmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB