Ehtiram Mehdiyev: “Əli Kərimli devriləcək" AÇIQLAMA

Ehtiram Mehdiyev: “Əli Kərimli devriləcək" AÇIQLAMA

"Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) siyasət aləmində söz sahibi olan insanlar yaratmışdı. Təəssüf ki, Əli Kərimli AXCP-ni öz şəxsi biznesinə çevirdi". Bu fikirləri SİA-ya AXCP Etimad Qurultayı təşkilat komitəsinin üzvü Etimad Mehdiyev partiyadakı parçalanmaların nəyə gətirib çıxaracağı ilə bağlı danışarkən deyib.

Ehtiram Mehdiyev illərdir öz etirazını gizlədən, haqsızlıqlarla üzləşən gənclərin artıq susa bilmədiyini qeyd edib. O bildirib ki, 22 ildir öz şəxsi mənafeyinə qulluq edən Əli Kərimli partiyada gənclərdən yalnız qul kimi istifadə edib: "Bu gün normal düşüncə sahibi olan gənclər onun yanında qalmaqdan imtina edərək Razi Nurullayevin yaratdığı təşkilata üz tutmalı olurlar. Yaranan vəziyyətin əsas səbəbkarına gəlincə, burada günahkar yalnız Əli Kərimlinin özüdür. Bu insan neçə illərdir ki, öz yarıtmaz siyasəti ilə bizlərin başının altına yastıq qoymaqdan başqa bir işə yaramadı. Ona görə də düşünürəm ki, AXCP-dən qopmalar partiyanın gələcəyini sual altına salacaq. Bu vəziyyətin yeganə çıxış yolu Əli Kərimlinin sədrlikdən getməsidir".

Keçmiş AXCP üzvü Əli Kərimlinin qarşıdan gələn qurultaya getməyəcəyini əminliklə söyləyib: "Əli Kərimli bu qurultaya getməyəcək. Çünki qurultaya getsə, AXCP də Müsavat kimi parçalanmaya məruz qalacaq. Partiyada iki qruplaşma yaranacaq. Biri Fuad Qəhrəmanlı, digəri isə Həsən Kərimov qruplaşması. Bununla da sözün əsil mənasında Əli Kərimli devriləcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə