"Hazırda neftin ucuzlaşması fonunda neft-qaz kəmərlərinin partladılması problemləri yaşanır. Bütün bunların eyni mərkəzdən idarə olunduğunu demək olar". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.
Politoloq bildirib ki, neftin dünya bazarında ucuzlaşmasında ABŞ-ın rolu var: "Türkiyə ərazisindən keçən Bakı-Ərzurum qaz kəmərinin partladılmasında PKK əsas rol oynayır. PKK-nın arxasında duran qüvvələrdən biri də ABŞ-dır. Müttəfiq olmasına və vaxtı ilə PKK-nı terror təşkilatı elan etməsinə baxmayaraq onların arxasında dayanan ABŞ-dır. Ümumiyyətlə PKK və onların təmsil etdikləri kürdlərdən ibarət dövlət yaratmaq ideyası ilə yaşayır. Bu fikirlərin arxasında dayanan qüvvələrdən biri də Amerikadır. Diqqətinizə çatdırım ki, neftin qiymətinin aşağı düşməsində bir sıra dövlətlərin əli var. PKK-nı silahlandıran NATO-nun 3 aparıcı dövləti- ABŞ, Böyük Britaniya və Almaniyadır. Hətta Almaniyanın özü etiraf edib ki, onlar PKK-ya müasir silahlar göndərir və guya onlar silahlardan İŞİD-ə qarşı istifadə edəcək. Ancaq həmin silahlar əsasən dinc əhaliyə qarşı və Türkiyənin içərisində terror aktlarının törədilməsinə qarşı, həmçinin Amerikanın da iqtisadi maraqlarına cavab verən qaz-neft kəmərlərinin partladılmasına doğru yönəldilir. Düşünürəm ki, Amerika çox böyük yanlışlığa yol verir və terrorçu təşkilatı müdafiə etməklə həm dövlətlər arasındakı münasibətləri korlayır, həm də dünyada gərgin olan vəziyyəti daha da gərginləşdirir".
PPK-ya qarşı mübarizə gəlincə Q. Hüseynli söyləyib ki, bu məsələdə Azərbaycan Türkiyəyə siyasi, maddi dəstək verə, həmçinin, kəşfiyyat materialları ötürə, PKK-nın qonşu dövlətlərdə fəaliyyət göstərməsinə mane olan addımlar ata bilər: "Türkiyənin özü güclü və böyük dövlətdir. Düşünürəm ki, Türkiyə PKK ilə təkbaşına da mübarizə aparmağa qadirdir. Lazım gəlsə Azərbaycan qardaş ölkədən köməyini əsirgəməz. Azərbaycanla Türkiyə birgə Aviasiya təlimləri keçirir və bu təlimlərdə Türkiyənin müasir tipli qırıcı təyyarələri iştirak edib. Bu artıq bir neçə dəfə təkrarlanıb. Bu da o deməkdir ki, iki ölkənin hərbi hava qüvvələri birgə təlimlərdə birgə əməliyyatlar keçirmələri öyrənirlər. Lazım olarsa, birgə əməliyyatları onlara qarşı olan qüvvələrə çevirə bilərlər. Bu da Dağlıq Qarabağ probleminin hərbi yolla həllində mühüm addım olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB