Əmisi oğlu Əli Kərimli haqda danışdı SƏS TV

Əmisi oğlu Əli Kərimli haqda danışdı SƏS TV

"Bu gün Kərimlilər nəslində Əli Kərimliyə olan münasibət olduqca pisdir. Səbəbi isə Əli Kərimlinin bu günə qədər apardığı siyasi fəaliyyətidir". Bu sözləri SİA-ya Əli Kərimlinin əmisioğlu "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov deyib.

Əli Kərimlinin dövlət və milli maraqlara qarşı çıxmasından danışan Nuhəli Kərimov söyləyib ki, onun siyasi fəaliyyəti şantaj, böhtan və təxribatdan ibarət olub: "Əli Kərimli bu günə qədər apardığı bütün siyasi yarışlarda həmişə məğlub olub. Bu cür siyasi xətt sözsüz ki, məğlubiyyətlə nəticələnir. Onun əməllərində Azərbaycan xalqının nailiyyətinə, inkişafına mane olma cəhdləri özünü açıq-aşkar büruzə verir. Onun qərəzli mövqeyini, siyasi fəaliyyətini mən də daxil olmaqla onun bütün yaxın ətrafı rədd edir. Kərimlilər olaraq onun siyasi fəaliyyətinə çox narazı yanaşırıq. Onun yaxın ətrafı artıq AXCP sıralarından üz döndərib Yeni Azərbaycan Partiyasına üz tutur və Yeni Azərbaycan Partiyasını dəstəkləyirlər. Əli Kərimlinin terror, təxribat və böhtan tipli siyasətinə qarşı kəskin etirazlı mövqe tuturuq. Bizim ona qarşı münasibətimiz sadəcə bundan ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə