Ekspert: "Qərblə İran arasında normal münasibətlər olmayacaq" AÇIQLAMA
"Qərblə İran arasında sakitlik, stabillik və normal münasibətlərin yaranacağına inanmaq yanlış bir fikirdir. Çünki onlar heç vaxt müttəfiq olmayacaq. Sadəcə müəyyən mənada portnyorluq münasibətlərinə üstünlük verəcəklər". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Fikrət Sadıqov deyib.
İran ilə Altılıq arasında imzalanan sazişin konkret olmadığını dilə gətirən ekspert söyləyib ki, əslində ortada açıq qalan məsələlər kifayət qədər çoxdur: "iran və Altılıq arasında imzalanan sazişdə təyin olunmamış açıq məsələlər kifayət qədər çoxdur. Sadəcə tərəflər bu kompromisə gedərək yaranmış geosiyasi qarşıdurmanı yumşaltmaq istədilər. O cümlədən İranın nüvə proqramı hələ də sual altındadır. ABŞ-da müəyyən dairələr bundan narahatdır. Əslində ABŞ konqresində sazişin qaydalarına riayət olunmayacağı ilə bağlı fikirlər belə səslənir. Bu məsələdən İsrail də narahatdır. Onlar bunu dəfələrlə bəyan edib. Əgər kimsə bu sazişin imzalanmasından sonra tam mənada sakitlik yaranacağına inanırsa, səhv edir. ABŞ konqresinin İranla olan razılaşmanı təsdiq edib, etməyəcəyi haqda heç nə demək olmaz. İranın da razılıq verəcəyi hələ də sual altındadır. Buna görə də ABŞ prezidentinin müharibə ilə bağlı səsləndirdiyi bəyanatlar auditoriyasını sakitləşdirməkdəkdən ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB