Geosiyasət daha çox regionları əhatə edir, eləcə də geosiyasi regionlar arasında "geosiyasi zolaqlar" da formalaşa bilir. Məsələn, Azərbaycan həm Qafqaz geosiyasi regionunun elementidir (mərkəzləşdirici subyekt kimi), həm də Avropa ilə Asiya arasındakı "geosiyasi zolağın" komponentidir (birləşdirici subyekt kimi).
Digər dövlətlərlə əlaqələr geosiyasətin formalaşması proseslərini təbii olaraq şərtləndirir. Qarşılıqlı təsirlər fonunda dövlətlərin geosiyasi gücləri yaranır. Dövlətin ümumən geosiyasi gücü onun daxili və beynəlxalq gücünə söykənir. Daxili gücü onun geosiyasi nüvəsini təşkil edir. Geosiyasi məkanı mərkəzdən ətraflara doğru genişləndirir. Böyük dövlətlərin başqa regionlarda geosiyasi maraqlarının genişlənməsi də həmin dövlətlərin geosiyasi (beynəlxalq münasibətlər üzrə) nüvələrini meydana gətirir. Buradan da xarici siyasətin şəbəkələşmiş mərkəzləri formalaşmış olur. Burada dövlətin daxili siyasəti xarici siyasətini, xarici siyasəti də öz növbəsində daxili siyasətini tamamlayır. Tamamlama sayəsində dövlətin daxildən xaricinə doğru və əksinə istiqamətdə geosiyasi maraqları meydana gəlir və geosiyasi maraqların sferası onu təşkil edən elementlərin hərəkət sferasının formalaşmasına səbəb olur.
Dövlət digər dövlətin geosiyasi məkanına (burada geosiyasi məkan həm dövlətdaxili məkan, həm də dövlət sərhədlərinin kənarındakı dövlət maraqlarının əks olunduğu məkanlar aid oluna bilər) daxil olur. Bu istiqmat baza olaraq iki hissədən ibarət olur: birincisi, dövlət özünün milli vasitələri ilə başqa dövlətin geosiyasi məkanına - ölkədaxili məkanına daxil olur, təsir edir (hətta bir çox hallarda geosiyasi "eksterritoriallıq" yaranır, yəni, başqa ərazilərdə imtiyaz və immunitetlər daha çox olur); ikincisi, öz ərazisində digər dövlətin mövcud olduğu məkan (xarici ölkələrin resurslarının yaratdığı məkan nəzərdə tutulur) üzrə təsir edir. Öz məkanında yerləşən digər dövlətin geosiyasi maraqları üzərində təsirlər etməyə çalışır. Dövlətlər həmçinin üçüncü və ya dördüncü dövlətlərin ərazilərində də təsirlər etməyə çalışırlar. Bu baxımdan da geosiyasətin təsir şəbəkəsi meydana gəlir. Bu təsir şəbəkəsi dövlətləri beynəlxalq münasibətlərin fərqli fəal üzvlərinə çevirir və eləcə də yaylı formalı münasibətləri meydana gətirir. Yaylı (tarazlı) münasibətlər və əlaqələr inkişafa və təhlükəsizliyə, sülh və sabitliyə xidmət edir. Fərqli güclərə görə geosiyasət amili dünyanın piramidal idarəetməsi formasını meydana gətirir.
Azərbaycan da dünyanın digər dövlətləri kimi geosiyasətin aktiv üzvlərindən biridir. Azərbaycanın geosiyasəti özünün təkamül və inkişaf mərhələsini yaşayıb və bu gün də həmin proseslər davam etməkdədir. Ölkənin XX əsrin sonlarını əhatə edən geosiyasətinin formalaşmasının başlanğıcı müstəqillik qazandıqdan sonra qoyulub. Xarici siyasətin ilkin aktları, bu baxımdan ölkə müstəqilliyinin de-fakto və de-yure (SSRİ-dən ayrıldığı faktiki əraziləri üzrə hüquqi baxımdan ) tanınması və dövlətlərarası diplomatik münasibətlər, sahələr üzrə əlaqələrin qurulması geosiyasətin başlanğıcı üçün əsasları meydana gətirmiş oldu. Sonrakı mərhələlərdə (1994-cü ildən başlayaraq) isə xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb olunması və çoxsahəli əlaqələr, o cümlədən geosiyasət elementlərinin sayının çoxalması məhz geosiyasi mühitin inkişafında növbəti mərhələni meydana gətirdi. Ölkənin yerləşdiyi məkan və məkan üzərindəki strukturlar və elementlər geosiyasi mühitin əsaslarını təşkil etməyə başladı. Dövlətin daxilən güclənməsi, onun iqtisadi və siyasi strukturlarının inkişafı geosiyasi nüvənin əsaslarını zənginləşdirdi. Azərbaycan regionda radiuslu dalğalar üzrə öz geosiyasi məkanını böyütməyə başladı. Bu proseslər artıq XXI əsrin başlanğıcından bu yana baş verməkdədir.
Bu baxımdan dəyərli tədqiqatçı, professor Əli Həsənovun 2015-ci ildə işıq üzü görmüş "Azərbaycanın geosiyasəti" adlı əsəri də xüsusi elmi-fundamental əhəmiyyətə malikdir.
Əsərin "Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası, müasir milli inkişaf siyasətinin əsasları" adlanan I bölməsində Azərbaycanın ayrı-ayrı mərhələlər və dövrlər üzrə geosiyasi inkişaf tarixi, həmçinin müasir inkişaf siyasəti, onun xarakteristikası, parametrləri, xarici siyasətin əsas vəzifələri və tələbləri, eləcə də ölkəmizin müasir geosiyasi statusu ilə bağlı məsələlər elmi araşdırmalar predmetinə çevrilmişdir.
Əsər Azərbaycanın qədim zamanlarda geosiyasi statusunun formalaşmasının elmi əsaslarının yığcam təhlili ilə başlayır. Birinci Dünya müharibəsinə qədərki geosiyasi vəziyyəti konkret faktlar, bu baxımdan cərəyan edən siyasi hadisələr əsasında elmi təhlillər süzgəcindən keçirilmişdir. Belə qənaətə gəlinir ki, qədim Azərbaycan dövlətlərinin xarici siyasətlərinin formalaşması əsasları onların artıq subyektlər kimi mövcudluqlarından irəli gəlmişdir. Burada artıq tarixi ardıcıllıq əsasında Azərbaycanın dəyişən və artan geosiyasi vəziyyətləri təhlil obyektinə çevrilir. Orta əsrlərin geosiyasi xarakteristikası verilir və ölkənin regionun əsas oyunçularının –Rusiya, İran, Türkiyə (Osmanlı imperiyası)nin rəqabət obyektinə çevrilməsinin əsasları şərh olunur. Burada professor Əli Həsənov Azərbaycanı regional strateji subyekt kimi təhlil obyektinə cəlb edir və ölkənin böyük dövlətlərin maraqlarını cəzb edən obyekt kimi parametrlərini əks etdirir. Bununla da tarixi aspektdən geosiyasi bütövlüyü ortaya qoya bilir. Tədqiatçı siyasi prosesləri Birinci Dünya müharibəsinə qədər zaman kriteriyası ilə bağlayır, həmçinin siyasi nəticələr ardıcıllığını da kompleksləşdirir. Bununla da tarixi dövrlərin birləşmiş geosiyasətini elmi baxımdan açır.
XX əsrin əvvəllərində Cənubi Qafqazın geosiyasi mühitinin formalaşması cəhətləri elmin predmetinə çevrilir. Burada Azərbaycanın müstəqillik qazanması və müstəqil geosiyasət subyektinə çevrilməsinin tarixi-siyasi əsasları şərh olunur. ADR-in xarici siyasəti, diplomatik manevrləri və uğursuzluqları elmin tələbləri ilə analiz edilir.
Əsərin Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə həsr edilmiş ikinci bölməsi daha çox Avrasiyanın ümumi geosiyasi xarakteristikası və müasir vəziyyətinin təhlili ilə səciyyələnir. Avrasiyanın planetar və regional geosiyasi vəziyyətinə təsir göstərən fərqli maraqlar sistemi, transmilli, regional və milli hədəflər göstərilir. ABŞ-ın, Türkiyənin, Rusiyanın, Avropa İttifaqının və digər aparıcı dünya dövlətlərinin və birliklərinin Avrasiya siyasəti və Azərbaycanla geosiyasi münasibətlərinin xarakteristikası verilir. Bu bölmədə Avrasiyanın ümumi geosiyasi müstəvisinin formalaşması komponentləri və onların qarşılıqlı strukturunun əsasları elmin obyektinə çevrilir.
Ümumiyyətlə, professor Əli Həsənovun əsərlərində bu kimi məsələlər, geosiyasi aspektlər tədqiqat üçün obyekt və predmet mövzusunu təşkil edir:
-SSRİ-nin dağılmasından sonrakı dövrdə Avrasiyada baş verən geosiyasi prosesləri, MDB-nin yaradılması və bu qurum daxilində baş verən iqtisadi, siyasi, mədəni inteqrasiya prosesləri;
-Böyük dövlətlərin XX sərdə Avrasiyada formalaşan yeni maraqlarının əsasları;
-Avrasiyanın yeni geosiyasi mühitinin meydana gəlməsi və yeni iqtisadi, siyasi subyektlərin maraqlarının formalaşması istiqamətləri;
-Avrasiya geosiyasətinin yeni parametrləri və materikin regionları, xüsusilə, Xəzər, Qara dəniz və Cənubi Qafqaz üzrə yeni geosiyasi mühitin formalaşması;
-Avrasiyanın geosiyasi müstəvisinin yeni kompleks tərkibi;
-Avrasiyanın geosiyasi mühtini formalaşdıran komponentlərin yeni axarı;
-Avrasiyanın geosiyasi mühitində ABŞ kimi nəhəng dövlətin maraqlarının formalaşması əsasları və yeni müstəqil siyasi regionlarla bu dövlətin yeni maraqlarının formalaşması istiqamətləri;
-Avrasiyada meydana gələn yeni bloklaşmalar və yeni regionların hərbi-siyasi və iqtisadi parametlər üzrə geosiyasi statuslarının formalaşması;
-Avrasiyanın təhlükəsizlik sistemi;
-Avro-Atlantika təhlükəsizlik sistemi və Avrasiya subyektləri ilə əlaqələrin, əməkdaşlığın, inteqrasiyanın əsasları;
-Avro-Asiya qovşağında yeni təhlükəsizliyin meydana gəlməsi əsasları;
-Avrasiyada münaqişələr, o cümlədən Ukrayna böhranının səbəbləri və böyük dövlətlərin maraqları kontekstindən izah olunması;
-Xəzər və Qara dəniz regionlarının yeni enerji potensialı mərkəzləri kimi əhəmiyyət kəsb etməsi və bu regionların ABŞ kimi böyük dövlətin diqqətini cəlb etməsi;
-Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müstəqilliyin ilk illərində ölkənin praqmatik və milli təhlükəsizliyə xidmət edən xarici siyasətinin formalaşması istiqamətləri;
-Azərbaycanın Avro-Asiya qovşağında yeni bir birləşdirici qovşaq rolunu oynamasının əsasları;
-Azərbaycanın Avropanın enerji məhsulu ilə təmin olunmasında mühüm potensiala malik olması və eləcə də tranzit mövqeyinin əsasları;
-Cənubi Qafqazın və Xəzərin enerji ehtiyatlarının Cənubi Qafqaz boru kəmərləri vasitəsilə dünya bazarına çıxarılmasının əsasları;
-Ölkənin neft diplomatiyasının müasir tarixi mərhələlərinn əsas istiqamətləri;
-Xəzərin enerji ehtiyatlarının təhlükəsiz şəraitdə tranziti üçün Azərbaycanın əlverişli coğrafi-siyasi və tranzit mövqeyi;
-Azərbaycanın dünyanın aparıcı dövlətlərinin geosiyasi oyunlarında özünün milli təhlükəsizliyini təmin etməsinin əsasları;
-Azərbaycanın regionda beynəlxalq tarazlaşdırma siyasətinin parametrləri və ölkənin geosiyasi təhlükəsizliyi üçün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən praqmatik xarici siyasətin müəyyən olunması və xarici siyasətin əsas istiqamətləri;
-Ölkənin xarici siyasətinin onun daxili siyasətlə tamamlanmasının əsas tələbləri və kriteriyalari;
-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş verməsinin geosiyasi səbəbləri və münaqişənin həlli diplomatiyasının əsasları;
-Münaqişədən böyük dövlətlərin öz maraqları üçün istifadə etməsi və beynəlxalq ədalətin heçə enməsi;
-Münaqişənin həllində beynəlxalq hüququn nəzəri əsasları və praktik olaraq qeyri-tətbiqi və güc diplomatiasının əsas istiqamətləri və digər siyasi proseslər
Əsər bu kriteriyalara görə fundamental elmi əhəmiyyətə malikdir:
-əsərin yüksək səviyyədə ortaya çıxmasında müəllif tərəfindən fəlsəfi-elmi-məntiqi metodlardan yüksək səviyyədə istifadə olunması;
-tarixdə baş vermiş siyasi proseslərin analizi zamanı müəllif tərəfindən deduktiv və induktiv metodlardan peşəkarlıqla istifadə olunması və nəticə etibarilə əsərin sistemli və geniş strukturlu bitkin bir nəticəyə çevrilməsi;
-əsərin ümumməzmun və nəticə etibarilə Azərbaycanın geosiyasət fəlsəfəsini yaratması;
-tarixdə baş verən siyasi hadisələrin geosiyasət elminin tələbləri əsasında təhlil obyektinə çevrilməsi və yüksək elmi qənaətlərin əldə olunması;
-regionda qədim zamanlardan bu yana Azərbaycan dövlətinin formalaşmasının tarixi-siyasi zərurətlərinin regionun beynəlxalq münasibətlər müstəvisində elmi-nəzəri baxımdan üzərə çıxarılması;
-Azərbaycan dövlətinin tarixi ardıcıllıq zamanı ilə təşəkkülünün elmi əsasları və onun digər region dövlətləri ilə əlaqələrinin coğrafi və siyasi parametrlər baxımından təhlli;
-Azərbaycan dövlətinin regionda tarixin müxtəlif vaxtlarında geosiyasət subyektinə çevrilməsinin əsaslarının elmi-sistemli qaydada nəzəri baxımından təhlil obyektinə çevrilməsi və analizlər sayəsində müvafiq elmi nəticələrin əldə edilməsi;
-Azərbaycanın geosiyasi vəziyyətinin tarixi dövrlər üzrə müqayisəli əsasda təhlil obyektinə çevrilməsi-geosiyasətin tarixi mərhələlərlə formalaşmasının əsaslarının elmi parametrlərlə analiz olunması;
-Azərbaycanın regionun geosiyasət subyektinə çevrilməsinin tarixi-siyasi və iqtisadi kriteriyalarının sistemli olaraq sintez olunması və müvafiq nəticələrin əldə edilməsi;
-Azərbaycanın regionun böyük (Rusiya, Türkiyə, İran, Ərəb xilafəti) dövlətlərinin tarixi maraq mübarizəsi obyektinə çevrilməsinin elmi –nəzəri əsaslarının predmetli qaydada izah olunması;
-Azərbaycanın müstəqillik qazandıqdan sonra özünün geoiqtisadi və geosiyasi potensialını daxilən gücləndirməsi və bu potensialın dünyanın digər dövlətləri ilə maraq mübarizəsində səmərəli istifadəsinin əsaslarının yüksək elmi təhlili;
-Dünyanın aparıcı beynəlxalq təşkilatları ilə qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq şəraitində ölkənin özünün geosiyasətinin getdikcə gücləndirilməsinin elmi əsasları;
-tarixi hadisələrin geosiyasi parametrlər üzrə zamana müvafiq qaydada geosiyasəti formalaşdırmasının geniş əsasalarla elmi obyektə cəlb olunması və digər amillər
Sadalanan elmi mülahizələri nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, professor Əli Həsənovun "Azərbaycanın geosiyasəti" adlanan fundamental elmi əsəri öz bitkin fəlsəfi və ümumiləşdirilmiş elmi əsaslarına görə, eyni zamanda Azərbaycanın geosiyasət tarixini özündə əks etdirən dəyərli elmi əsər olduğundan Azərbaycan dövlətinin mükafatına layiq görülə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



