Dörd ildən sonra yenidən açıldı

İngiltərədə Tehranda səfirliyini bərpa etdi
Dörd ildən sonra yenidən açıldı

Dörd il aradan sonra İngiltərədə Tehran Səfirliyi yenidən açılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu gün həmçinin İranda da Böyük Britaniyanın səfirliyi işə başlayıb. İranda səfirliyin açılış mərasimində Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond iştirak edib. Səfər çərçivəsində Hemmond İranın prezidenti Həsən Ruhani, parlament spikeri Əli Laricani və xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.

Qeyd edək ki, Filip Hemmond 2003-cü ildən İrana səfər edən Böyük Britaniyanın ilk xarici işlər naziri olub. Elə 2003-cü ildə İranda Britaniya səfirliyinin açılması da Hemmondun təşəbbüsü olub. Amma 2011-ci ildə irana tədbiq olunan sanksiyaların ardınca bir qrup gəncin səfirliyin binasına hücum etməsindən sonra İngiltərə Londondakı İran səfirliyini bağlamışdı. İran diplomatlarını da istənməyən diplomatlar elan etmişdi.

İranda Həsən Ruhaninin prezident seçilməsindən sonra İranla Qərbin münasibətlərində olduqca böyük irəliləmə özünü biruzə verir ki, hər iki ölkədə səfirliklərin yenidən bərpası da bunun bir nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə