YAP Xocavənd rayon Təşkilatının Şura iclası keçirilib

YAP Xocavənd rayon Təşkilatının Şura iclası keçirilib

Xocavənd rayon Mədəniyyət evində Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon Təşkilatının Şura iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP-ın Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev və YAP Xocavənd rayon Təşkilatının Şura üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov öncə gələn qonaqları salamlayıb və Yeni Azərbaycan Partiyasının yaranma tarixinə qısa nəzər salaraq bildirib ki, YAP zamanın tələbi, xalqın istəyi ilə yaradılıb. 23 illik şərəfli yol keçən, dünənin, bu günün və gələcəyin partiyası olan YAP bu günün, həm də gələcəyin partiyasıdır..

Sonra Bahar Muradova çıxış edərək Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına çevrildiyini, eyni zamanda ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib. YAP-ın əldə etdiyi nailiyyətlərdən, gördüyü işlərdən danışan vitse-spiker 2015-ci ilin noyabr ayında ölkəmizdə keçiriləcək Parlament seçkilərindən də ölkəmizin uğurla çıxacağına inamını bildirib.

Daha sonra çıxış edən YAP Xocavənd rayon Təşkilatının sədri Məhəmmədəli Bayramov, Şura üzvləri 2015-ci ilin noyabr ayında keçiriləcək Parlament seçkilərində təşkilatın aktiv fəaliyyət göstərəcəyinə bir daha inamlarını ifadə ediblər.

Sonda YAP Xocavənd rayon Təşkilatının sədri Məhəmmədəli Bayramov pensiya yaşına çatdığı üçün onun səlahiyyətləri başçının müavini Azər Süleymanova həvalə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə