YAP Cəlilabad rayon təşkilatı seçkilərə yüksək səviyyədə hazırlaşır
Noyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatı da hazırlıq işlərinə başlayıb.
Belə ki, parlament seçkilərinin keçirilməsilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına uyğun olaraq hazırlıq və görüləcək işlərin koordinasiyasını həyata keçirmək məqsədilə YAP rayon təşkilatı idarə heyətinin 9 avqustda keçirilən iclasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Cəlilabad rayon şöbəsi yaradılaraq onun 13 nəfərdən ibarət üzvləri təsdiq edilib. Eyni zamanda seçki qərargahı geniş tədbirlər planı işləyib hazırlayaraq onu təsdiq edib.
Builki parlament seçkilərinin yüksək səviyyədə və seçicilərin fəallığı şəraitində baş tutmasını təmin etmək məqsədilə rayonun 3 seçki dairəsinin əhatə etdiyi 87 seçki məntəqəsinin yerləşdiyi ərazilərdəki partiya təşkilatı sədrləri ilə birlikdə seçkilərin keçirilməsi ilə bağlı lazımi hazırlıq tədbirləri görülüb. Bu məqsədlə 175 nəfərdən ibarət fəalla treninqlər keçirilib və onlar artıq yerlərdə fəaliyyətə başlayıblar. İlk növbədə həmin fəallar yerlərdə seçici siyahılarının dürüstləşdirilməsinin təşkili, ərazilərdəki problemlər və onların aradan qaldırılması yolları, nüfuzlu şəxslərin müəyyənləşdirilməsi və təbliğat-təşviqat dövründə onlardan istifadə olunması və digər hazırlıq məsələləri ilə məşğul olurlar.
Seçki qərargahı tərəfindən YAP-ın irəli sürəcəyi namizədlərin lehinə seçici imzaları toplayacaq 30 nəfərdən ibarət partiya fəallarının tərkibi müəyyənləşdirilərək YAP Mərkəzi Seçki Qərargahına təqdim olunub. Rayon ərazisindəki 3 seçki dairəsinin və 87 seçki məntəqəsinin hər birinə bir nəfər olmaqla məşvərətçi səs hüquqlu üzvlərin, habelə seçkilərin keçirildiyi gün həmin seçki dairələri və məntəqələrində müşahidə aparacaq partiya fəallarının tərkibi müəyyənləşdirilib. Hazırda həmin şəxslərin lazımi sənədlərinin hazırlanması istiqamətində intensiv iş aparılır. Həmçinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq səsvermə gününə 23 gün qalmış YAP-ın namizədlərinin təbliğat-təşviqat tədbirlərinə başlamaq və bu tədbirləri yüksək səviyyədə başa çatdırmaq nəzərdə tutulmuşdur. Cəlilabad rayon təşkilatı seçkilərin yüksək səviyyədə, seçicilərin mütəşəkkilliyi və fəallığı şəraitində keçirilməsi və bu seçkilərdə də məhz Yeni Azərbaycan Partiyasının namizədlərinin qalib gəlməsi üçün bütün səylərini səfərbər edəcək, təşkilatçılıq və siyasi işi daha da gücləndirəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB