"Demilitarizə olunmuş ərazidə yerləşən səsgücləndirici vasitələrə atəş açılarsa, Koreya Respublikası düşünmədən şimallılara qarşı cavab atəşi açacaq". SİA "itar-tass"a istinadən xəbər verir ki, bu fikirləri Seulda keçirilən brifinqdə Koreya Respublikasının müdafiə nazirliyinin yüksək çinli rəsmisi jurnalistlərin verdiyi sualları cavablandırarən deyib. Nazirlik rəsmisi vurğulayıb ki, adətən Koreya Respublikasının silahlı qüvvələri bu kimi hallarda proporsional prinsiplərdəm çıxış edən cavablar verib. Sitat: "Əgər bizə tərəf pulyemyotlardan atəş açılırsa, biz də pulyemyorlarla cavab atəşi açırıq, əgər artilleriya vasitələrindən istifadə edilirsə, biz də artilleriyadan istifadə edib, düşmən tərəfi susdururuq".
Qeyd edək ki, brifinq yüksək çinli zabitlərin adlarının açıqlanmaması şərti ilə keçirilib.
Bu arada yaranımş vəziyyətdə Cənubi Koreya Respublikası ilə Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında danışıqlar prosesinə başlamaq barədə ilkin razılıq əldə olunub. Danışıqların "iki+iki" formatında baş tutması gözlənilir.
Bu gün səhər saatlarından Cənubi Koreya rəhbərliyi KXDR-lə sərhəddə yerləşən yaşayış massivlərindən 15 minə qədər əhalinin təxliyyəsinə başlanılıb. Respublikanın milli müdafiə nazirliyindən bildirilir ki, təxliyyə prosesi saat 17:00-da yekunlaşacaq. Məhz həmin saatda Şimali Koreyanın Cəənubi Koreyaya verdiyi ultimatumun müddəti sona çatır.
Xatırladaq ki, iki Koreya respublikası arasında kritik vəziyyət həftənin cümə axşamında pisləşib. Hər iki respublikanın silahlı qüvvələri demilitarizə olunmuş ərazidə qarşılıqlı olaraq artilleriya atəşi açıblar.
Cənubi Koreya tərəfi iddia edir ki, ilk atəşi Şimali Koreya tərəfi açıb. Onların məqsədi Seulun Pxenyana qarşı təbliğat vasitəsi olan səsgücləndirici vasitələrini məhv etmək olub.
KXDR isə onlara qaşrı irəli sürülən ittihamları rədd edir və bəyan edir ki, ilk atəşi cənublular açıb. Ancaq bununla belə, şimallılar rəsmi Seula səsgücləndirici vasitələrin 48 saat ərzində demontaj olunması xəbərdalıq edib. Əgər həmin vasitələr sökülməsə, rəsmi Pxenyan rəsmi Seula müharibə elan edəcəyini və geniş masştablı hərbi əməliyyatlara başlayacağı ultimatumunu irəli sürüb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB