Razi Nurullayev: "Əli Kərimlinin beynəlxalq əlaqələri şişirdilir"
"Əli Kərimlinin beynəlxalq əlaqələri həddən artıq şişirdilir". Bu sözləri SƏS TV-yə müsahibəsində AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev deyib.
Razi Nurullayev Əli Kərimlinin beynəlxalq təşkilatlarla olan əlaqələrindən danışarkən bildirib ki, bu əlaqələr həddən artıq şişirdilir. Əslində isə bu həqiqət deyil: "Beynəlxalq əlaqələr çətin qurulur. Beynəlxalq güclər, səfirliklər, təşkilatlar hər zaman güclə hesablaşmağı sevirlər. Onlar harada güc və həqiqət varsa məhz həmin tərəfə istiqamətlənirlər. Mən hesab edirəm ki, biz AXCP-ni tam olaraq bərpa etdikdən sonra həmin təşkilatlar da Əli Kərimlidən üz döndərəcək. Bu gün Əli Kərimlinin beynəlxalq əlaqələri və gücü çox şişirdilir. Bu belə deyil. Artıq mən əminəm ki, beynəlxalq təşkilatlar da, səfirliklər də yeni qüvvə ilə, yeni simalarla əməkdaşlıq etmək istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB