"Bu da Leyla Yunusun sonu" AÇIQLAMA

"Bu da Leyla Yunusun sonu" AÇIQLAMA
"Leyla Yunusun əməkdaşlıq etdiyi təşkilatlar indi müdafiəsinə qalxıb". Bu sözləri SİA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib.

O, beynəlxalq təşkilatların Leyla Yunusa dəstək verməsi ilə bağlı danışıb: "Azərbaycanda ağır vəziyyətdə olan məhkumlar çoxdur. Lakin həmin təşkilatlar onlar barəsində heç danışmırlar belə. Əgər bu ölkədə hər hansı bir Azərbaycan vətəndaşı qanunları pozursa, o qanun qarşısında cavab verməlidir. Hər hansı bir insana kömək etmək olar. Lakin cəsusluq və dövlət əleyhinə iş görmək qəbul edilməzdir.

ABŞ, Almaniya və İngiltərə kimi ölkələrdə dəhşətli qətillər baş verir, insanlar polis zorakılığı ilə qarşı-qarşıya qalır. Bəs həmin təşkilatlar hara baxır?

Leyla Yunusa dəstək vərən təşkilatlar sözsüz ki, qərəzlidir. Bu məsələ ilə bağlı həqiqəti demək lazımdır. Leyla Yunus bir dəfə də olsun bir nəfərin hüquqlarını müdafiə etməyib. Onun kameralar qarşısında polis zabitinin papağını ayaq altına atması nə dərəcədə etik davranışdır? O papaqda Azərbaycanın atributları da təmsil olunmuşdu. Digər tərəfdən Leyla Yunus hansı pullarla Antaliya və Çexslavakiyada evlər alır? Demək ki, o xarici dövlətlərdən hansısa işlər hesabına aldığı pullarla bunlara sahib olub.

İndi isə Leyla Yunusun əməkdaşlıq etdiyi həmin təşkilatlar onun müdafiəsinə qalxıb. Bəs, həmin təşkilatlar öz ölkələrində insan haqlarına diqqət yetirirlər mi?

Leyla Yunus Azərbaycana qarşı bir çox qərəzli mövqe nümayiş etdirib. Elə Rauf Mirqədirovun özü də məhkəmədə bildirdi ki, məni Ermənistana Leyla Yunus göndərib. Nəyə görə və hansı səbəblərə görə? Bax bu da Leyla Yunusun sonluğu".

Bütün xəbərlər Facebook səhifəmizdə