Ziyafət Əsgərov: “ Seçkiləri yüksək səviyyədə keçirməklə nümunə göstərməliyik” AÇIQLAMA

Ziyafət Əsgərov: “ Seçkiləri yüksək səviyyədə keçirməklə nümunə göstərməliyik” AÇIQLAMA
"Azərbaycan parlament seçkilərini ən yüksək səviyyədə keçirməklə dünyaya nümunə göstərməlidir. SİA-nın xəbərinə görə bunu Azərbaycan Respublikası Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Ziyafət Əsgərov qeyd edib ki, bütün seçki komissiyalarının üzvləri, o cümlədən də dairə seçki komissiyalarının sədrləri seçki hüququnu, norma və prinsipləri dərindən mənimsəməlidirlər. Bu, olduqca vacibdir: "Qətiyyən heç kim arxayınlıq nümayiş etdirməməlidir. Hər gün bu məsələyə diqqət yetirilməlidir. Seçki Məcəlləsinin tələblərini elə mənimsəməliyik ki, seçkilər zamanı heç bir problem yaranmasın".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə