Hikmət Babaoğlu: “Avropalı mənəviyyatının iç üzü ortaya çıxdı” AÇIQLAMA

Hikmət Babaoğlu: “Avropalı mənəviyyatının iç üzü ortaya çıxdı” AÇIQLAMA

"Avropanın miqrantlarla bağlı qəbul etdiyi qərar Avropa adına utancvericidir. Müsəlman şərqində faciəvi miqrasiyanın yaranmasına səbəb elə Avropa öklələrinin həyata keçirdiyi xarici siyasətdir. Daha dəqiq desək imperialist siyasətdir". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən milli-etnik və dini-məhzəbi savaşın memarı Avropadakı imperialist mərkəzlər və islamafob dairələrdir: "Təəsüf ki, bu gün Avropada mövcud olan ictimai-siyasi əhval-ruhiyyə islamafob siyasətçiləri dəstəkləyir və onları hakimiyyətə daşıyır. Bu siyasi tendensiyanın əsası 2000-ci illərin başlanğıcında qoyulub və bugünə qədər də davam edir. Bu, yaxın və orta perspektivdə də davam edəcək. Avropa siyasi dairələrinin dini ayrı-seçkiliyə yol vermələrinin səbəbini də burada axtarmaq lazımdır. Bəzi siyasi dairələr bütün siyasi proseslərə sivilizasiyaların toqquşması fəsəfəsi ilə yanaşırlar. Bu isə Avropanın mənimsədiyi və qlobal dəyərlər kimi təqdim etdiyi dini-irqi dözümlülük, dini tolerantlıq, demokratiya və digər dəyərləri küncə sıxışdırır. Əslində isə avropalı mənəviyyatının iç üzünü açır. Bəlli olur ki, çox hallarda avropalı heç də özünü təqdim etdiyi kimi deyil, daxilən dini-mədəni aqressiyaya köklənmiş islamafobdur. Ona görə də özü dunyaya demokratiya, tolerantlıq dərsi keçsə də felən bunları rədd edir gücünün çatdığı hər yerdə milli iradəni zorlayır, milli dövləti dağıdır, rəngli inqilablar yaradır. Beləliklə də olkələrin milli sərvətini talayır. Ona görə də Avropanın bu cür mövqeyinə təəccüblənmək lazım deyil, əksinə buna qarşı mübarizə aparmağın yollarını düşünmək lazımdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə