YAP Laçın rayon təşkilatının Seçki Qərargahında seçkilərə hazırlıq gedir

YAP Laçın rayon təşkilatının Seçki Qərargahında seçkilərə hazırlıq gedir

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərində də inamlı qələbə qazanmaq əzmindədir. SİA-nın verdiyi məlumata görə, artıq partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və bu qərargahlar aktiv fəaliyyət göstərirlər.

YAP Laçın rayon təşkilatının Aparat rəhbəri Xaliq Musayev bildirib ki, YAP-ın Laçın rayon təşkilatının Seçki Qərargahı da parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır: "Təşkilatın böyük seçki təcrübəsi var. Hazırda YAP Laçın rayon təşkilatının 3501 nəfər üzvü var, onların 41 faizi qadın, 38 faizi isə gənclərdən ibarətdir. Seçki Qərargahı 13 nəfərdən ibarətdir. Onlarla mütəmadi olaraq iclaslar keçirilir. Bu toplantılarda hər bir qərargah üzvü gördüyü işlərlə bağlı məlumatlar verir. Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatı partiyanın Mərkəzi Aparatının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, tərtib olunmuş plan üzrə işlərini davam etdirir. Seçki kampaniyasına rəsmi start verildikdən və partiyamızın namizədləri elan olunduqdan sonra Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun işlərimizi davam etdirəcək, imzatoplama prosesinə başlayacayıq. Artıq 10 nəfərdən ibarət imza toplayacaq şəxslər müəyyən edilib. Bundan başqa, seçki məntəqələrində müşahidə aparacaq şəxslər və məşvərətçi səs hüquqlu üzvlər müəyyənləşdirilib. Bir sözlə, bütün məsələlər seçki qanunvericiliyinə uyğun olaraq həll edilir. Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının yüzlərlə üzvü seçkilərə hazırlıq prosesində böyük fəallıq göstərir. Qeyd edək ki, Laçın seçiciləri seçkilərdə 121 saylı Laçın seçki dairələrində 101 məntəqədə səs verəcəklər. YAP təşkil etdiyi uğurlu seçki kampaniyası nəticəsində bütün seçkilərdə qələbə qazanıb: "Biz də qərargah üzvləri olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə