"Əli Kərimlinin başçılıq etdiyi AXCP-ni çökdü. Artıq onun bir təşkilatı yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Razi Nurullayev deyib.
Yeni AXCP partiyası yaratdığını bəyan edən R.Nurullayev məsələni belə şərh edib: "Biz sadəcə olaraq AXCP olduğumuzu bəyan etmişik. Əli Kərimli və onun əlinin altında işləyənlər xalqın inandığı səmimi AXCP-ni öz mənafeyinə xidmət edən bir qrupa çevirdi. Xalqın populyarlığını qazanan, xalqı düşünən və xalqla birgə hərəkət edən AXCP artıq buradır. Əli Kərimlinin başçılıq etdiyi AXCP çökdü. Artıq onun bir təşkilatı yoxdur. O, AXCP rəhbəri ola bilməz. Son zamanlar onun apardığı siyasət nəticəsində AXCP zəiflədi, parçalandı və məhv oldu. Bu gün də partiyadan öz şəxsi məqsədləri naminə istifadə edir. Artıq real, səmimi və xalqın yanında olan AXCP-ni biz formalaşdırırıq. Yaxın vaxtlarda Ədliyyə Nazirliyinə müraciət edəcəyik ki, möhürü alıb bizə versin".
Razi Nurullayev bu addımın AXCP üzvləri arasında narazıçılıq yaratmayacağını bildirib: "Yeni AXCP-nin yaradılması üzvlər arasında heç bir narazıçılığa gətirib çıxarmayacaq. Partiyadan çıxan şəxslər Əli Kərimlidən, onun idarəçiliyindən və partiyadakı daxili demokratiyanın pozulmasından bezmişdi. Biz də onlara təklifimizi edəndən sonra razılığa gəldik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB