Gürcüstan- Rusiya arasında vəziyyət Gərginləşir

Gürcüstan- Rusiya arasında vəziyyət Gərginləşir

Gürcüstan Rusiyanın Cənubi Osetiya ilə Abxaziya ərazisində hərbi təlim keçirməsinə sərt reaksiya verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Gürcüstanın Xarici İşlər Nazirliyi beynəlxalq arenada Rusiyadan başqa heç bir ölkə tərəfindən tanınmayan Cənubi Osetiya ilə Abxaziya ərazisində keçirilən hərbi təlimlərlə bağlı açıqlama yayıb. Açıqlamada, Rusiyanın 17 avqust tarixində Şimali Qafqazda start verdiyi irimiqyaslı hərbi əməliyyatların Cənubi Osetiya və Abxaziya ərazisində də təşkil edilməsinin yol verilməz hal olduğu vurğulanıb. Həmçinin qeyd olunur ki, Qafqazın şimalına və Cənubi Osetiya ərazisinə 2 mindən çox əsgər və 500-dən çox xüsusi texniki vasitə yerləşdirilib. Nazirlik, Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytından alınan məlumatlara əsaslanaraq, təlimlərdə "Grad-M", "Smerç" və 152 - 122 millimetrlik "Msta-C" ilə "D-30" və çox lüləli roketatanla birlikdə ağır silahların istifadə olunduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə