Aydın Mirzəzadə: “Bu tərz görüşlər böyük sual doğurur” AÇIQLAMA
"Seçkiqabağı Böyük Britaniya səfirinin müxalifyönlü partiyaların liderləri ilə görüş keçirməsi böyük sual doğurur". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə açıqlamasında deyib.
Millət vəkili bildirib ki, əslində səfirlərin partiya sədrləri ilə görüşməsində problem yoxdur: "Sadəcə görüşlərin məhz seçkilər ərəfəsində keçirilməsi və Britaniya səfirinin müxalifətin radikal qüvvələrilə daha çox təmasda olması müəyyən bir sual doğurur. Nədənsə seçki ərəfəsində belə görüşlər keçirilərkən daha çox radikal müxalifətə maraq göstərilir. Azərbaycanda 55-ə yaxın siyasi partiya var və onların əksəriyyəti parlamant seçkilərində iştirak edəcək. Nəticə etibarilə bu partiyalarla da görüş keçirilə bilər. Onlarla da fikir mübadiləsi aparıla bilər. Məhz bu məsələdə ayrı-seçkiliyin edilməsi sual doğurur. Azərbaycan demokratik bir dövlətdir və qanun çərçivəsində istənilən fəaliyyətə icazə verilir. Lakin, bununla belə Azərbaycanın daxili siyasi məsələləri yalnız Azərbaycan cəmiyyətin öz imkanları və seçimləri nəzdində həll edilməlidir".
A.Mirzəzadə seçki öncəsi bu cür görüşlərin keçirilməsinin cəmiyyətdə sual doğurduğunu vurğulayıb: "Ortada müəyyən bir məlumat olmadan Sədirin belə bir addım atmasının məqsədini açıqlamaq çətindir. Lakin belə görüşlərin keçirilməsi əlbəttə ki, cəmiyyətdə birmənmalı qarşılanmır və müəyyən bir sual doğurur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB