Elman Nəsirli: “RLS-lərlə bağlı anlaşılmaz məqam qalmayıb” AÇIQLAMA

Elman Nəsirli: “RLS-lərlə bağlı anlaşılmaz məqam qalmayıb” AÇIQLAMA

"Rusiya ilə Azərbaycan arasında Qəbələ Radiolokasiya Stansiyası (RLS) ilə bağlı aparılan danışıqlar son nəticədə müsbət yekunlaşıb". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib. Onun sözlərinə görə, Rusiya Armavirdə və Voronejdə müasir RLS-in tikintisinin başa çatdığını və yaxın gələcəkdə istifadəyə verəcəyini bildirib: "Ona görə də, Qəbələ RLS məsələsində əldə edilməyən razılaşma, Rusiyanı sərhədlərin təhlükəsizliyi baxımından narahat etmir. Azərbaycanla Rusiya arasında RLS-lə bağlı anlaşılmaz məqam yoxdur. Bu hadisə iki dövlət arasında müəyyən mənada anlaşılmazlıqlar yaratsa da, amma son nəticədə tərəflər ortaq məxrəcə gələ bildilər. Qəbələ Radiolokasiya Stansiyasının Rusiya tərəfindən itirilməsi heç də bu ölkə üçün təhlükəli olmayacaq. Çünki, Rusiyanın artıq Armavirdə daha müasir Radiolokasiya Stansiyası tikilir və istifadəyə veriləcək. Eyni zamanda Voronejdə də analoji bir obyektin tikilməsi ilə bağlı söhbətlər gəzirdi. Prinsip etibarilə rəsmi Moskvanın mövqeyi belə oldu ki, Qəbələ Radiolokasiya Stansiyası Azərbaycan tərəfindən icarəyə verilməməsi nəticə etibarilə Rusiya sərhədlərinin təhlükəsizliyinin təminatında və mümkün təhlükələrin qarşısının vaxtında alınmasında problem yaratmayacaq. Çünki, daha müasir obyektlərin tikintisinə start verilib və işlər yekunlaşmaqdadır. Ona görə də, indiki halda Voronejlə bağlı məlumatın yayılması hesab edirəm ki, sensasiyalı hadisə deyil. Ümumiyyətlə, radiolakasiya stansiyaları ilə bağlı anlaşılmaz bir məqam qalmayıb. Tərəflər bir çox parametrlərdə ortaq məxrəcə gəliblər".

Bütün xəbərlər Facebook səhifəmizdə