Emin Həsənli: “Türkdilli dövlətlərin hərbi ittifaqı yaradılacaq” AÇIQLAMA

Emin Həsənli: “Türkdilli dövlətlərin hərbi ittifaqı yaradılacaq” AÇIQLAMA

"Türkdilli dövlətlərin zirvə görüşü olduğu kimi, Türkdilli dövlətlərin hərbi birlikləri də yaradılacaq". Bu sözləri SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.

Azərbaycanla Türkiyə arasında həm ikili, həm də beynəlxalq səviyyədə əməkdaşlığın inkişaf etdiyini deyən E. Həsənli söyləyib ki, gələcəkdə Orta Asiyada yerləşən Türkdilli dövlətlərin də sıx əməkdaşlığı gözlənilir: "Bundan sonra isə Türkdilli dövlətlərin hərbi ittifaqının yaradılmasına ehtiyac duyulur. Türkiyə ilə Azərbaycan bu yaxınlarda hava hücumundan müdafiə ilə bağlı təlimlər keçirəcək. Orta Asiyadan da bu təlimlərə qoşulacaqlar. Ümumiyyətlə, regionda və dünyada sülhün təhlükəsizliyinin qorunması üçün Türkiyə ilə Azərbaycan çox böyük töhvə verir. Həm Əfqanıstanda, həm İraqda, həm də neft və qaz kəmərlərinin qorunmasında birlikdə əməkdaşlıq edilir. Buna Orta Asiya respublikalarının da qoşulması çox yaxşı olardı. Ümid edirəm ki, tezliklə Türkdilli dövlətlərin hərbi ittifaqı yaradılacaq. Əgər bu məsələ müzakirə edilirsə, demək bu formatın yaradılmasına ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə