YAP Səbail rayon təşkilatında toplantı keçirilib FOTOLAR

YAP Səbail rayon təşkilatında toplantı keçirilib FOTOLAR

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və Dairə Seçki Komissiyasına təqdim edilməsi qaydaları ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində təlimatlandırıcı toplantı keçirilib. SİA-nın məlumatına görə, toplantıda çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin sədri Şəmsəddin Hacıyev qeyd edib ki, Azərbaycanın siyasi həyatında nüfuz əldə etmiş, parlament seçkilərinə də vahid siyasi qüvvə kimi hazırlaşan YAP-ın seçkilərdə daha çox uğur qazanacağına səmimi qəlbdən inanırıq: "YAP-a rəğbətin artması hakim partiyanın xalqla birgə olmasından irəli gəlir. Bu baxımdan da YAP-ın sıraları günü-gündən genişlənir. Partiyamızın bu seçkilərdə qələbə əzmi mütləqdir. Bütün bu uğurlara isə məhz sizlərin köməyi və dəstəyi ilə imza atacağıq".

Şəmsəddin Hacıyev həmçinin imzatoplayanlara seçki prosesi ərəfəsində imzatoplama qaydaları haqqında tövsiyə və təlimatlarını verərək qeyd edib ki, YAP Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına və tövsiyələrinə uyğun olaraq, hazırlıq işlərimizi sürətlə həyata keçirməkdəyik: "Buraya seçkilərlə bağlı seçici siyahılarının dəqiqləşdirilməsi, dairələr üzrə bütün məntəqələrdə seçkiyə hazırlıq işlərinin texniki təchizatı barədə yoxlamalar daxildir. Həmçinin, parlament seçkilərilə əlaqədar DSK və MSK-larda müşahidəçi və məşvərətçi olacaq partiya fəallarının siyahısının müəyyən edilməsi də buraya aiddir. Seçkilərə start verildikdən sonra onların rəsmi şəkildə qeydə alınmasına başlanacaq".

Daha sonra imza toplayacaq partiya fəallarına treninq keçirilib. Treninq zamanı fəallara imza vərəqəsi nümunələri, YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış təlimat kitabçaları təqdim olunub və Seçki Məcəlləsinin tələblərinə uyğun imzatoplama qaydaları izah edilib.

Bir sözlə, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində parlament seçkilərinə hazırlıq yüksək səviyyədə gedir və bütün həyata keçirilən işlər növbəti dəfə də seçkilərin yüksək aktivlik, şəffaflıq və demokratik şəkildə baş tutmasına gətirib çıxaracağına əminlik yaradır.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə