Arzu Nağıyev: "Belə görüşlər mühim qərarlar üçün əhəmiyyət kəsb edir" AÇIQLAMA
"Təəssüf ki, bu illər ərzində Ermənistan öz havadarları hesabına özünü ərköyün uşaq kimi aparıb, hər zaman sülh danışıqlarından söhbət düşən zaman atəşkəsi pozub və digər təxribatlara əl atıb". Bu sözləri SİA-ya politoloq Arzu Nağıyev Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-ın vasitəçiliyi ilə sentyabr ayında Nyu-Yorkda baş tutacağı görüşü ilə bağlı fikilərini bildirərkən deyib.
Politoloqun sözlərinə görə, Prezidentlərin ABŞ-ın vasitəçiliyi ilə sentyabr ayında Nyu-Yorkda görüşünün keçirilməsi təqdirəlayiq haldır: "ABŞ bu addımı ilə təşəbbüsü əlinə almağa çalışır. Bunun həm iqtisadi, həm də siyasi səbəbləri var. Bu, həm də regionda Rusiya faktorunun azaldılması üçün edilir. Bu görüşün tam uğurla nəticələnəcəyinə tam əminlik olmasa da, belə görüşlər mühüm qərarlar qəbul etmək üçün əhəmiyyət kəsb edir".
Politoloq bildirib ki, Azərbaycan Dağlıq Qarabağla bağlı illərlə yaranmış bugünkü status-kvo ilə artıq razılaşa bilmir və beynəlxalq qurumlardam münaqişənin həlli istiqamətində mühüm addımlar atmağı tələb edir: "Digər tərəfdən hərbi yolla öz işğal olunan torpaqlarının azad edilməsi üçün əməli addımların atıla biləciyini dəfələrlə bəyan edir. Azərbaycan münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır, Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bütün beynəlxalq kürsülərdən də bəyan edib".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB