Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi Leyla Yunus və Arif Yunus haqda çıxarılmış məhkəmə hökmünün Almaniyadakı bəzi dairələr tərəfindən siyasiləşdirməsi cəhdlərini pisləyən bəyanat yayıb. Səfirlikdən SİA-ya verilən xəbərə görə, bəyanatda vurğulanır ki, hüquqi dövlətdə törədilmiş cinayətin müvafiq cəzası olmalıdır. Hər bir demokratik ölkədə olduğu kimi, insan hüquqları müdafiəçisi olmaq və ya hər hansı bir digər status Azərbaycan Respublikası Qnunu qarşısında məsuliyyətdən azad etmir.
Bəyanatda bildirilir ki, Leyla Yunus və Arif Yunusun azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi prosesi Azərbaycan Respublikasının birinci instansiya məhkəməsi tərəfindən açıq və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə baş verib, məhkəmə prosesi xarici diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən sərbəst şəkildə müşahidə olunub. Buna baxmayaraq, Almaniyadakı bəzi dairələr müstəqil məhkəmənin qərarına hörmətsizlik edərək, onu əsassız olaraq siyasiləşdirməyə cəhd göstəriblər.
Bəyanatda həmçinin qeyd olunur ki, ölkəmizdə müstəqillik əldəolunmasından sonrademokratik-hüquqi dövlət quruculuğu uğurla həyata keçirilib. Ölkənin müstəqil məhkəmə orqanlarının işinə siyasi bəyanatlarla təzyiq göstərilməsi qəbul edilməzdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB