Bir çox partiyalarımız artıq seçki prosesi ilə bağlı başlanğıc tədbirlər görüblər. SİA-nın xəbərinə görə, artıq ilkin hazırlıq tədbirləri görülüb. Bir çox partiyalar seçkilərdə çıxış edəcək namizdələrin dairələr üzrə siyahısını təqdim edib. Bəzi partiyalarımız artıq seçkilərdə neçə namizədlə çıxış edəcəklərilə bağlı məlumat veriblər.
Azərbaycan Demokrat Partiyası və "Ümid" partiyası seçkilərdə blok şəklində iştirak edəcək. ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə seçkilərdə blok şəklində iştirak baş tutarsa 35-40 nəfər namizədlə birgə seçkilərdə çıxış etməyi düşünürlər. "Ümid" partiyası isə seçkilər üçün 85-90 nəfər namizədin iştirakını nəzərdə tutub. 70 nəfərin dairələr üzrə namizədliyi artıq açıqlanıb.
Böyük Qurtuluş Partiyası sədri seçkilər üçün 100 dairənin nəzərdə tutulduğunu bildirib. Partiyanın sədri seçkilərə hazırlıq səviyyəsini normal dəyərləndirib.
Müasir Müsavat Partiyası seçkilərdə 65 nəfər seçicinin namizədliyini müzakirə edir. Partiya sədri Hafiz Hacıyev bildirib ki, 20-25 avqust aralığı partiyanın ümumi iclasının keçirilməsi gözlənilir.
"Vəhdət" partiyasının sədri Tahir Kərimli isə bildirib ki, keçən illərlə müqayisədə bu il seçkilərdə daha az namizədlə çıxış edəcəklər. Qeyd edək ki, partiya keçən illərdə 40-50 arası namizədlə seçkilərdə çıxış edib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyası və Milli Demokrat partiyaları seçkilərdə blok şəklində iştirak etməyəcəklərini qəti surətdə təstiqləyiblər. BAXCP-nin sədr müavini Elçin Mirzəbəylinin sözlərinə görə artıq hazırlıq prosesi yekunlaşır. Əsas qərarlar partiyanın Ali Məclisinin yığıncağından sonra müəyyən olacaq. Partiyanın nə qədər namizədlə seçkidə iştirak edəcəyi hələ ki, məlum deyil. Onun sözlərinə görə, bu dəfəki seçkilərdə yeni teknologiyalardan istifadə olunmağa çalışılacaq. MDP sədri Fərəc Quliyev isə ilkin hazırlıqların başa çatdığını bildirib. Namizədlərin böyük bir qismi dairələr üzrə müəyyən olunub. Lakin namizədlərin sayı haqda hələ ki, bir məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB