Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyədə ortaq hökumət qurulması məsələsini müzakirə ediblər. Anadolu Agentliyi xəbər verir ki, Türkiyə parlamentində keçirilmiş görüş təxminən 2,5 saat davam edib.
Əhməd Davudoğlu görüşdən sonra keçirdiyi mətbuat konfransında MHP sədrinin AKP ilə koalision hökumət qurulmasının mümkün olmadığını bildirdiyini vurğulayıb. Baş nazir MHP sədri D.Bağçalının bu mövqeyini hörmətlə qarşıladığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB