Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) sədri və Baş nazir Əhməd Davudoğlu və Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı arasında görüş keçirilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, görüş Dövlət Baxçalının görüş zamanı çəkilən fotosunda öz əksini tapıb. Onlar bu dəqiqələrdə hökumətin qurulması ilə bağlı məsələlərin həlli ilə əlaqədar bir araya gəliblər.
Qeyd edək ki,AKP və CHP arasında hökumətin qurulması istiqamətində başlayan danışıqlar müsbət sonluqla başa çatmamışdı. Bundan sonra isə, AKP koalisiyanın qurulması üçün MHP ilə görüş keçirməyi planlaşdırmışdı. Hazırda, Dövlət Baxçalı və Əhməd Davudoğlu arasında keçirilən görüşdən sonra koalisiyanın qurulub qurulmayacağı, yoxsa yenidən seçkiyə gediləcəyi bəlli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB