Rüstəm Məmmədov: “Münaqişənin həlli ilə bağlı dəyişiklik gözləmirəm" AÇIQLAMA
"Azərbaycan və Ermənistan prezidentlərinin Nyu-Yorkda baş tutacaq görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir dəyişiklik gözlənilmir". Bu sözləri SİA-ya açıqlamasında professor, politoloq Rüstəm Məmmədov deyib.
Onun sözlərinə görə, sentyabrda planlaşdırılan görüşdə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı irəliləyiş olmayacaq: "Dağlıq Qarabağ məsələsinin müzakirə olunacağı görüşdə hər hansı bir dəyişiklik gözləmirəm. Görüşün müsbət səpkilərdə olacağı gözlənilmir. Münaqişənin həlli məsələsində Rusiyanın qərarı gözlənilməlidir".
Poltoloq görüşün hansı məqsədlə keçirildiyinə dair fikirlərini də bildirib: "AB-ın Dağlıq Qarabağ məsələsinə biganəliyi tənqid olunurdu. Ona görə də ABŞ məsələnin həllində maraqlı olduğunu və neytral olmadığını göstərməyə çalışır. Əslində hamıya məlumdur ki, münaqişənin həllində Rusiyanın da iştirakı olmalıdır. Əgər bu görüşdə Rusiya iştirak edərsə, o zaman münaqişənin həllində müəyyən irəliləyiş ola bilər. Ermənistanın isə bu görüşdə mövqeyi güclü ola bilməz. Hazırda Ermənistan Rusiyadan çox asılı vəziyyətdədir. Ona görə də mütləq qaydada Rusiyaya tabe olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB