Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin 2 əməkdaşına fəxr adların verilməsi bağlı Sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, dövlət başçısının Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" jurnalında və qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Elşən Sultanəli oğlu Məmmədova "Əməkdar jurnalist" fəxri adı, Dövlət Sərhəd Xidmətində səhiyyənin inkişafında xidmətlərinə görə Arif Araz oğlu Qasımova "Əməkdar həkim" fəxri adı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB