Sədaqət Vəliyeva: “Leyla Yunus fəaliyyətinin bütün dövrlərində anti-Azərbaycan mövqeyi ilə tanınıb” AÇIQLAMA
"Leyla Yunus fəaliyyətinin bütün dövrlərində anti-Azərbaycan mövqeyi ilə tanınıb. Onun işi-gücü xaricdə, beynəlxalq təşkilatlarda Azərbaycanın imicinə zərbə vurmaq olub". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.
Millət vəkili qeyd edib ki, onun ictimai fəaliyyəti ancaq öz millətinə, dövlətinə böhtan atmaqdan ibarət idi: "Bu səbəbdən də, Leyla Yunus erməni lobbisinin təsiri altında olan qüvvələrlə iş birliyinə girib xalqımızın və dövlətimizin milli mənafeyinə zərbə vurmağa səy göstərirdi. Amma haqq, ədalət öz yerini tapdı və hər zaman anti-milli mövqeyilə seçilən Leyla Yunus qanun qarşısında cavab verdi. Leyla Yunus həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. "Hüquq müdafiəçisi" adı ilə maskalanmış Leyla Yunus Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. Bu anti-milli ünsür öz ana dilində danışa bilmir və hər yerdə deyir ki, "mən Azərbaycan dilindən ancaq pis sözlər demək üçün istifadə edirəm". Yəni bir adam ki, öz ana dilinə həqarət edir, ondan nə gözləmək olar? Təbii ki, heç nə. Arif Yunusun anası erməni, atası isə qarışıq dağıstanlıdır. Leyla Yunusun isə anası alman, atası isə erməni qarışığı olan şəxsdir. Göründüyü kimi, onları milli zəmində Azərbaycanla bağlayan heç bir amil mövcud deyil. Təbii ki, belə bir "hüquq müdafiəçisi" heç vaxt öz ölkəsinin insanlarının taleyini düşünə bilməz. Çünki belələrinin məqsədi ancaq hər şeydən istifadə etməklə pul qazanmaqdır. Elə məhkəmə prosesi zamanı da üzə çıxdı ki, Leyla Yunus anti-Azərbaycan "xidmətlərinin" müqabilində aldığı külli miqdarda vəsait hesabına müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə edib. Məhkəmə prosesində onun Türkiyədə, Çexiyada mülklər aldığı, xarici təşkilatlardan verilən qrantları mənimsədiyi faktlar əsasında təsdiqini tapıb. Ona görə də, xalqına və dövlətinə qarşı çıxan, xəyanət edən Leyla Yunus kimilər mütləq cəzalarını almalıdırlar və alırlar da".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB