MSK sədri: "Seçkiləri boykot etmək dünyanın qəbul etmədiyi prinsipdir"

MSK sədri: "Seçkiləri boykot etmək dünyanın qəbul etmədiyi prinsipdir"
"Seçkiləri boykot etmək dünyanın qəbul etmədiyi prinsipdir". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəzi təşkilatların noyabrda keçiriləcək parlament seçkilərini boykot edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

MSK sədri qeyd edib ki, istər müşahidəçi, istərsə də iştirakçı kimi seçkiləri boykot etmək doğru deyil: "Azərbaycanda seçki prosesi şəffaf keçirilir. Bunu tam əminliklə söyləyə bilərik. Kim necə istəyirsə, o cür də fikir bildirə bilər. Seçki hər bir fərdin azad şəkildə seçimini etməsi üçündür. Qarşıda bizi parlament seçkiləri gözləyir. Yaxşı olardı ki, seçkidə hər bir Azərbaycan vətəndaşı iştirak etsin. Çünki, onların seçimi əsasında ölkəmizdə parlament formalaşdırılacaq. Demokratiyada qəbul olunmuş prinsip ancaq çoxluğun fikrinə söykənir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə