Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb FOTO
Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiklə partiyanın mənzil qərargahında görüşüb. YAP-dan SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında mövcud əməkdaşlıq münasibətləri və əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin, Azərbaycanda parlament seçkilərinə hazırlıq işləri və seçki kampaniyasının gedişindən bəhs edilib. YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da görüşdə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB